Atasından polisə şikayət etdi -  SƏBƏB
09 aprel 2021 11:37 (UTC +04:00)

Atasından polisə şikayət etdi - SƏBƏB

Saatlıda ata oğlunu ölümlə hədələyib.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, bu barədə aprelin 8-də rayonun Mircəlal kənd sakini F.İsmayılov Saatlı rayon Polis Şöbəsinə müraciət edib. O bildirib ki, həmin gün sərxoş olan atası İ.İsmayılov onu ov tüfəngi ilə öldürəcəyi ilə hədələyib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İsmayılovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb.

# 1815
avatar

Mehman Nəbiyev

Oxşar yazılar