Arvadını bıçaqlayıb özünü öldürmək istəyən kişidən  YENİ XƏBƏR
30 noyabr 2021 09:19 (UTC +04:00)

Arvadını bıçaqlayıb özünü öldürmək istəyən kişidən YENİ XƏBƏR

Bakıda arvadını bıçaqlayan İsmayıl Səfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin icraatına verilib.

Hadisə bu il iyulun 30-da Qaradağ rayonunda qeydə alınıb.

Məlumata görə, Lökbatan qəsəbəsində 33 yaşlı Səfərova Ülviyyə Zahir qızını həyat yoldaşı, 35 yaşlı Səfərov İsmayıl Qafar oğlu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisəni törətdiyi bildirilən İ.Səfərovun özünə də iki bıçaq zərbəsi vurduğu bildirilir. O, xəstəxanaya çatdırılıb. İ.Səfərova boyunun kəsilmiş-deşilmiş və biləyin kəsilmiş yaraları diaqnozu qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2136
avatar

Mehman Nəbiyev

Oxşar yazılar