Ad günündə içib qonşusunu BALTALADI
13 may 2023 18:34 (UTC +04:00)

Ad günündə içib qonşusunu BALTALADI

Rusiyada kişi qonşusunu amansızlıqla öldürüb.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Udmurtiyanın paytaxtı İjevsk şəhərində baş verib.

36 yaşlı kişi qohumunun ad günündə spirtli içki qəbul edib. Bu zaman dəhlizdə baltanı götürərək qonşu mənzilə daxil olub. Orada ev sahibinə hücum edərək ən azı iki dəfə onun başına baltanın qundağı ilə vurub, daha sonra isə zərərçəkmişi bir neçə dəfə təpiklə vurub.

O, qətli qonşusuna qarşı uzun müddətdir şəxsi nifrət etdiyi üçün törədib. Zərərçəkən aldığı xəsarətlərdən qısa müddət sonra dünyasını dəyişib.

Məhkəmənin gedişində cinayəti törədən şəxs 8 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3178

Oxşar yazılar