9 aylıq hamilə idi, özünü GÜLLƏLƏDİ
24 iyun 2025 17:54 (UTC +04:00)

9 aylıq hamilə idi, özünü GÜLLƏLƏDİ

Türkiyədə dəhşətli intihar hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Diyarbəkirin Licə qəsəbəsində baş verib.

9 aylıq hamilə olan 17 yaşlı Yaren Erkaplan yaşadığı evdə ərinə məxsus tapança ilə başına atəş açıb. Qadın xəstəxanaya yerləşdirilsə də, qadını və qarnındakı körpəsini xilas etmək mümkün olmayıb.

Məlumata görə, Yaren Erkaplan 16 yaşında olarkən 23 yaşlı D.S. ilə dini nikahla evlənib. Ailənin yaxınları D.S.-nın çox qısqanc olduğunu və qadına evdən çölə çıxmağa icazə vermədiyini deyiblər. Onların iddiasına görə, hamilə qadın məhz bu cür yaşayışdan bezərək özünü öldürüb.

D.S. polisə ifadə verməyə çağırılıb və daha sonra buraxılıb. Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746

Oxşar yazılar