44 yaşlı arvadını öldürən 82 yaşlı kişinin işi  MƏHKƏMƏDƏ
27 aprel 2021 17:20 (UTC +04:00)

44 yaşlı arvadını öldürən 82 yaşlı kişinin işi MƏHKƏMƏDƏ

Sabirabadda 44 yaşlı arvadını öldürən 82 yaşlı Yaqub Eyyubovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nizami Quliyevin icraatına verilib.

Xatırladaq ki, 2020-ci il sentyabrın 4-də saat 15 radələrində Sabirabad rayonunun Qəzli kəndi ərazisində 44 yaşlı Mətanət Nuriyevanın bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin əri 82 yaşlı Yaqub Eyyubovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Mətanət Nuriyevaya bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Yaqub Eyyubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2091
avatar

Mehman Nəbiyev

Oxşar yazılar