200 minə yaxın dələduzluq edən qadın HAKİM QARŞISINDA
22 aprel 2021 09:20 (UTC +04:00)

200 minə yaxın dələduzluq edən qadın HAKİM QARŞISINDA

Mingəçevirdə vətəndaşları aldadaraq 200 min manata yaxın dələduzluq edən Əhmədova Ceyran Xumuş qızının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilib. İş hakim Məhburə Kərimovanın icraatına verilib.

Qeyd edək ki, C.Əhmədova bir neçə vətəndaşı aldadaraq onlara böyük məbləğlərdə pul yardımları, ünvanlı sosial yardımlar, məşğulluqdan iş və təqaüd vəd edib. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq,xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittihamelan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1659
avatar

Mehman Nəbiyev

Oxşar yazılar