Türkiyədə 19 il əvvəl itkin düşən bacıların qətlə yetirildikləri məlum olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 2005-ci ildə Kahramanmaraşda baş verib. Polis 19 il əvvəl itkin düşən 1974-cü il təvəllüdlü Fatma Alıç və bacısı 1981-ci il təvəllüdlü Gülcanın itkin düşməsi ilə əlaqədar yenidən araşdırmalara başlayıb.
Məlum olub ki, bacılar qətlə yetirilərək meyitləri bir bağ evinin həyətində basdırılıb. Texnika ilə aparılan qazıntılar zamanı ərazidən iki nəfərə məxsus qalıqlar aşkarlanıb. Polis Gülcanla imam nikahı ilə yaşadığı B.Y. arasında qısqanclıq səbəbilə tez-tez dava olduğunu öyrənib. B.Y. və adam öldürməkdə ona kömək edən qardaşı oğlu M.D. saxlanılıblar.
Hazırda araşdırma aparılır.