Türkiyədə 16 yaşlı qız 23 yaşlı oğlanı öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Diyarbəkirin Bağlar qəsəbəsində baş verib. 16 yaşlı Merve A. keçmiş sevgilisi 23 yaşlı Muhammet Varoğlunu tapança ilə vuraraq öldürüb.
Qız bildirib ki, buna səbəb oğlanda onun özəl görüntülərinin olması olub. Belə ki, oğlan Merveni ondan ayrılacağı təqdirdə görüntüləri ailəsinə verəcəyi ilə qorxudub. Qız da böyük qardaşının tapançası ilə oğlanın evinə gedib və silahı ona tuşlayaraq, görüntüləri silməsini istəyib. Lakin bir anda silahdan atəş açılıb.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşıb və məhkəməyə göndərilib. Məhkəmə istintaqı davam edir.