100 polis parçalanmış modelin axtarışına başladı:  Başı tapıldı  , bədəni yoxdur
01 mart 2023 18:25 (UTC +04:00)

100 polis parçalanmış modelin axtarışına başladı: Başı tapıldı , bədəni yoxdur

Çində qayınatası ilə görüşən və sonra bədəni parçalanmış halda tapılan qadınla bağlı yeni məlumatlar yayılıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 100 Çin polisi qadının bədəninin yoxa çıxan hissələrini tapmaq üçün hərəkətə keçib.

Honq-Konqda meydana gələn və qan donduran hadisə dünyada gündəm olub. 

Cəsədi parçalanmış halda tapılıb

28 yaşındakı model Abbi Choinin cansız bədəni, keçmiş qayınatası tərəfindən Honq-Konqda kirayə götürülən bir evdə parçalanmış halda tapılıb. Qadının başı, bədəni və əllərinin harada olduğu hələ məlum deyil. Bu dəhşətli hadisədən sonra Çin polisləri qadının keçmiş əri və onun ailəsindən olan 3 nəfəri sorğu-sual edib.

Pul məsələsi olduğu iddia edildi

Bir şahid tərəfindən polisə verilən məlumatda, Abbinin 100 milyon Honq-Konq dolları dəyərində bir əmlak səbəbindən modelin keçmiş əri və ailəsilə fikir ayrılığı yaşandığı bildirilir. Bunun qadının ölümünün səbəbi olacağı iddia edilir.

Əri yaxalandı

Abbinin Kvonq soyadlı 28 yaşlı keçmiş əri qayıqla şəhərdən qaçmaq istəyərkən qətl səbəbilə həbs olunub. Abbinin keçmiş qayınatasının modelin yoxa çıxmasından əvvəl onunla evdə görüşdükləri düşünülür. 

Digər tərəfdən, məsələ ilə bağlı 100 Çin polisinin qadının yoxa çıxan başı və bədənini axtardığı bildirilir. Tədqiqatlardan sonra qadının kəsilmiş başı tapılıb, bədən hələ də axtarılır.

Dəhşətli hadisə ilə əlaqədar açıqlamalar verən müfəttiş Alan Chung, bunları söyləyib:

"Şübhəlilər fevralın 22-də səhər saatlarında bir neçə çantanı zibilliyə atıblar. Bunlar insan bədəninin və ya qurbanın geyimləri və telefonu, hətta silahları ola bilər”.

Müfəttiş bundan əvvəlki açıqlamasında bu ürəkbulandıran hadisənin “soyuqqanlı qatillər” tərəfindən həyata keçirildiyini söyləyib. O, evdə bir ətçəkmə maşınının tapdıqlarını da demişdi.

Polis, qatillərin evə girəndə qətli diqqətlə planlaşdırdıqlarını da müəyyən edib. Mənzildə elektrik mişarları, yağışdan qorunmaq üçün paltarlar tapıldı. İnsan bədəninin parçalanması üçün digər vasitələr, o cümlədən bir çox maskalar da aşkar edilib.

# 2742
avatar

Oxşar yazılar