"Yeni valyuta yaradılacaq"  - Medvedev ruslara SƏSLƏNDİ
12 iyul 2022 19:29 (UTC +04:00)

"Yeni valyuta yaradılacaq" - Medvedev ruslara SƏSLƏNDİ

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev rusiyalılara çağırış edib.

Lent.az Rusiya KİV-ə istinadən xəər verir ki, o ölkə vətəndaşlarına öz vəsaitlərini rubl şəklində qorumağı təklif edib.

Medvedev qeyd edib ki, Rusiyaya təbiq edilmiş sanksiyalara görə, avro zəifləyəcək.

“Biz öz iqtisadiyyatımızın mürəkkəb şəraitə uyğunlaşmasına maraqlıyıq. Zəifləməkdə olan avrodan müdafiə olunmağın ən yaxşı yolu öz pul vəsaitlərini milli valyuta şəklində saxlamaqdır. O, həmçinin, yuan və rupini də məsləhət bilib.

Medvedev gələcəkdə BRİKS ölkələrinin yeni ehtiyat valyuta yarada biləcəyini vurğulayıb.

“Müasir dünyaya dollar, avro və funt sterlinq azlıq edir. Nə qədər ki, avro dollara bərabərdir, pullarınızı rubla çevirin” - deyə o qeyd edib.

# 2430
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar