Yeni ilin ilk günü : 4700-ə yaxın reys ləğv edildi
02 yanvar 2022 15:09 (UTC +04:00)

Yeni ilin ilk günü: 4700-ə yaxın reys ləğv edildi

Koronavirusun Omicron variantının ortaya çıxmasından sonra hava limanlarında virusa tutulan əməkdaşların bir çoxu karantinə alınıb və bu səbəbdən uçuşların ləğvində artım müşahidə olunub.

Lent.az bildirir ki, bu barədə “FlightAware” portalı məlumat yayıb.

Portalın açıqladığı statistikaya görə, yeni ilin ilk günündə dünya üzrə 4700-ə yaxın reys ləğv edilib.

Ləğv edilən reyslərdən 2700-ə yaxınının yalnız ABŞ-a gəlib gedən reyslərə aid olduğu bildirilib.

“FlightAware” bildirir ki, dünyada bu gün günortaya qədər 3100 uçuş ləğv edilib.

# 2262
avatar

Oxşar yazılar