Tələbani öldümü?
18 dekabr 2012 18:24 (UTC +04:00)

Tələbani öldümü?

 

 

 

Dünən İraq prezidenti, İraq Kürdüstan Yurdsevərlər Partiyasının sədri Cəlal Tələbaninin beyninə qan sızıb və xəstəxanaya yerləşdirilib. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, yaxın ətrafı 79 yaşlı Cəlal Tələbaninin bundan sonra komaya düşdüyünü və hələ də komadan çıxmadığını bildirir.

 

“Reuters” agentliyinə açıqlama verən İraq hökumətindəki üç fərqli mənbə də Cəlal Tələbaninin vəziyyətinin ağır, ancaq stabil olduğunu, səhhətində bir irəliləyiş olacağı halda Almaniyadakı xəstəxanalardan birinə göndəriləcəyini bildirib. Lakin bu gün İranın “Press TV” telekanalı və Livanın “El Mayadin” telekanalı Cəlal Tələbaninin həyatını itirdiyi barədə xəbər yayıb.

 

İraq Prezidentinin mətbuat xidmətinin yaydığı son açıqlamada isə qeyd olunub ki, Cəlal Tələbaninin səhhəti stabildir, tibbi müdaxilə və müayinə prezidentin damarlarındakı sərtləşmə ilə bağlı ani olaraq özünü pis hiss etməsinə və huşunu itirməsinə yol açıb. Açıqlamada müayinə və analizlər zamanı Cəlal Tələbaninin bədəninin funksiyalarını normal şəkildə yerinə yetirdiyinin üzə çıxdığı vurğulanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1034

Oxşar yazılar