Polşanın paytaxtı Varşavada Enerji Xartiyası Konfransının 23-cü görüşü keçirilib. Bu barədə APA-ya Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyev, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və Sənaye və Energetika Nazirliyinin İnvestisiya və sənaye obyektlərinin yenidən qurulması şöbəsinin müdiri Ramiz Rzayev təmsil ediblər.
N. Əliyev sözügedən tədbir çərçivəsində keçirilmiş “Qlobal Enerji İdarəçiliyinə Tələbat və Enerji Xartiyasının Potensialı” adlı Nazirlər Konfransında çıxış edib.
Çıxış zamanı tədbir iştirakçılarına Azərbaycanın enerji potensialı, enerji siyasəti, qonşuları ilə həyata keçirdiyi qarşılıqlı faydalı əməkdaşlıq, Avropanın enerji təhlükəsizliyinə töhfə vermək imkanları barədə ətraflı məlumat verilib. Nazirliyin nümayəndəsi Ramiz Rzayev isə Enerji Xartiyasının alt qurumu olan İnvestisiya Qrupunun sədr müavini seçilib.