Hafiz Məmmədov ingilis klubunu aldı
11 iyun 2014 10:19 (UTC +04:00)

Hafiz Məmmədov ingilis klubunu aldı

"Şeffild Venzdey"nin səhmlərini almaq üçün İngiltərəyə yollanan azərbaycanlı biznesmen Hafiz Məmmədov istəyinə çatıb. Lent.az-ın məlumatına görə, bununla bağlı ilk olaraq Fransanın "L`Equipe" qəzeti dünən xəbər yayıb. Bildirilir ki, azərbaycanlı iş adamı klubun keçmiş sahibi Milan Mandariçlə razılıq əldə edib. Serbiyalı milyarder 50 milyon avro müqabilində klubun səhmlərini 100 faiz Hafiz Məmmədova satmağa razılaşıb.

 

"Lans"ın sahibinin əsas məqsədi komandanı yenidən Premyer Liqaya qaytarmaq və "Hilssboro" stadionunu müasirləşdirib, azarkeş tutumunu 40 minə çatdırmaqdır”.

 

Qeyd edək ki, klubun rəsmi saytı da bununla bağlı məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1493

Oxşar yazılar