ARDNŞ Rusiyaya qaz ixracını bərpa edib - YENİLƏNİB
04 iyun 2014 15:15 (UTC +04:00)

ARDNŞ Rusiyaya qaz ixracını bərpa edib - YENİLƏNİB

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) dünəndən etibarən Rusiyaya qaz ixracını bərpa edib.


 

APA-Economics”in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

 

Onun sözlərinə görə, ixracın həcmi sutka 2 mln. kubmetrə bərabərdir.

 

Qeyd edək ki, Azərbaycan qazının Rusiyaya ixracı ötən ilin əvvəlində dayandırılıb. Buna səbəb Bakı-Dağıstan avtomobil yolunun tikintisində aparılan təmir işləri olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845

Oxşar yazılar