Tahir Gözel Birləşmiş Krallığın Azərbaycandakı səfirini GreenTech müəssisəsində qəbul edib
14 avqust 2024 10:57 (UTC +04:00)

Tahir Gözel Birləşmiş Krallığın Azərbaycandakı səfirini GreenTech müəssisəsində qəbul edib

Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld Bakıda Tahir Gözelin rəhbərlik etdiyi Azərbaycanın müasir istixana, kənd təsərrüfatı və yaşıl texnologiya sektorunda qabaqcıl yenilikçilərdən biri olan GreenTech müəssisəsinə səfər edərək, Birləşmiş Krallığın Azərbaycanla dayanıqlı inkişaf və yaşıl texnologiyalar sahəsində əməkdaşlığı genişləndirmək əzmində olduğunu bir daha vurğulayıb.

Səfər zamanı Səfir Aulda Azərbaycanın kənd təsərrüfatı, yaşıl enerji həlləri və dayanıqlı texnologiyalar sahəsindəki son nailiyyətləri ilə tanış olmaq üçün yenilikçi iş adamı Tahir Gözel tərəfindən idarə olunan müasir GreenTech müəssisəsinə geniş bir tur təşkil edilib.  Səfir Auld, GreenTech müəssisəsində həyata keçirilən innovativ işləri yüksək qiymətləndirib və belə təşəbbüslərin iqlim dəyişikliyi ilə mübarizədə və davamlı iqtisadi artımı təşviq etməkdə əhəmiyyətini qeyd edib. "GreenTech-də əldə olunan nailiyyətlər həqiqətən valeh edicidir və Azərbaycanın davamlı inkişafa olan güclü bağlılığını nümayiş etdirir," deyə səfir Auld qeyd edib.

APPG-nin (Birləşmiş Krallıq Parlamentinin Bütün Partiyalar üçün Azərbaycan Dostluq Qrupunun) Tahir Gözel tərəfindən təşkili

Tahir Gözel səfərdən məmnunluğunu bildirərək, Birləşmiş Krallıq və Azərbaycan arasındakı ortaq vizionun, birliyin qlobal ekoloji, texnoloji problemlərə, eləcə də kənd təsərrüfatı sahəsində narahatlıq yaradan məsələlərə həll tapmaqda nə qədər vacib olduğunu vurğulayıb. Azərbaycanın dünyaya töhfələrinin daha dərindən tanınması və göstərilməsi üçün APPG-ni (Birləşmiş Krallıq Parlamentinin Bütün Partiyalar üçün Azərbaycan Dostluq Qrupunu) təşkil etmək istədiyini, bu qrupun sponsoru olaraq çıxış etməkdən böyük qürur duyacağını qeyd edib. APPG ilə təşkil ediləcək tədbirlərə azərbaycanlı və britaniyalı ziyalıları, biznes sahəsindən bilinən şəxsləri, elm xadimlərini və inkişaf etmiş ölkələrdə rəğbət qazanmış alimləri dəvət edərək tərəfdaşlıq ruhu ilə fikir mübadiləsinə şərait yaradacağını bildirdi. Tahir Gözelin fikirlərindən həyəcanlandığını və onu dəstəklədiyini qeyd edən Cənab Səfir Auld APPG-nin (Birləşmiş Krallıq Parlamentinin Bütün Partiyalar üçün Azərbaycan Dostluq Qrupunu) təşkilinin iki ölkənin dostluq əlaqələrinin inkişafı üçün çox vacib olduğunu dilə gətirdi.

Bu səfər, Birləşmiş Krallıq və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin, xüsusən yaşıl texnologiya və dayanıqlı inkişaf sahəsində əməkdaşlığın gücləndirilməsində mühüm bir addımdır. Hər iki tərəf, iki ölkəyə fayda verəcək və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə töhfə verəcək gələcək əməkdaşlıqlar üçün nikbin olduqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1113
avatar

Oxşar yazılar