Mənzil almaq istəyənlər üçün yeni fürsət: Park Yasamalda mənzil satışları davam edir
30 avqust 2024 11:13 (UTC +04:00)

Mənzil almaq istəyənlər üçün yeni fürsət: Park Yasamalda mənzil satışları davam edir

Kristal Abşeron şirkəti mənzil axtarışında olanlar üçün növbəti unikal layihəsində sərfəli şərtlərlə satışları sürətlə davam etdirir. Park Yasamal yaşayış kompleksi şəhərin əlverişli ərazisində yerləşərək göl mənzərəsi və sakinlər üçün tam təminatlı imkanları ilə diqqət çəkir.

Park Yasamal layihəsi geniş və müasir mənzillərdən ibarətdir və hər kəsin rahat yaşayışı üçün bütün lazımi infrastrukturu təmin edir. Yaşayış kompleksi geniş yaşıllıq sahələri, klinika, məktəb, bağça, uşaq oyun meydançaları, idman zalları, alış-veriş mərkəzləri və digər ictimai obyektləri ilə sakinlərinə yüksək səviyyədə yaşayış imkanı yaradır. Şəhərin mərkəzində yerləşməsi onu hər kəs üçün ideal bir seçim halına gətirir.

Hazırda Park Yasamalda mənzil satışları sürətlə davam edir. Layihədə geniş mənzil variantları ilə hər kəsin ehtiyacına uyğun seçimlər mövcuddur. Şəhərin səs-küyündən uzaq, eyni zamanda şəhər mərkəzinə yaxın olan bu kompleks ev axtaranlar üçün əlverişli seçimdir.

Park Yasamalda mənzillər beynəlxalq standartlara cavab verən Avropa brendləri ilə təmir edilməklə sakinlərin uzunmüddətli rahatlığını təmin edir. Kristal Abşeronun digər şəhər layihələrində olduğu kimi, burada da mənzillərin təmirində Almaniyanın "Grohe" və "Hansgrohe" hamam aksesuarları, Amerikanın "Guardian Glass" pəncərə şüşələri, İtaliyanın "Prysmian" yanmayan kabelləri, Kanadanın "Coswick" parketləri və İtaliyanın "Gewiss" elektrik açarları və aksesuarları istifadə olunur.

Mənzil satışları haqqında ətraflı məlumat üçün Kristal Abşeron şirkətinin rəsmi saytına daxil ola və ya çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Ətraflı:

*1544 / 050 448 00 00

www.kristalabsheron.az

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996
avatar

Oxşar yazılar