İrandan gətirilən 70 tondan çox kartofda bakteriya aşkarlandı - FOTO
26 yanvar 2023 16:01 (UTC +04:00)

İrandan gətirilən 70 tondan çox kartofda bakteriya aşkarlandı - FOTO

İrandan gətirilən külli miqdarda kartofun yararsız olduğu üzə çıxıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən xəbərə görə, fiziki şəxs Yusibova Solmaz Hümbət qızının İrandan idxal etdiyi ərzaqlıq kartof məhsulundan agentliyin müfəttişləri nümunələr götürüb. Müayinə nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm - kartofun qonur çürüməsi (fitopatogen bakteriyalar: Ralstonia solanacearum (Smith) Yabuuchi et al) aşkar olunub.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. 71100 kq ərzaqlıq kartofun məhv edilməsinə dair müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

# 1809
avatar

Oxşar yazılar