Məlum olduğu kimi, elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib.
Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünkü mövzu buna həsr olunub.
Aidiyyəti qurumlardan verilən məlumata görə, bu qərar birbaşa istehlakçıya gedən iri müəssisələrə aiddir.
Bir sözlə, gecə-gündüz qiymətlərinin əhali və digər qeyri-əhaliyə aidiyyəti yoxdur.
Qeyd edək ki, Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli qərara dəyişiklik olunub.