Dünyanın ən bahalı şirkəti məlum oldu
03 iyul 2022 16:09 (UTC +04:00)

Dünyanın ən bahalı şirkəti məlum oldu

Dünyanın ən bahalı şirkətlərinin siyahısı dəyişib.

Lent.az-ın “Alman dalğası”-na istinadən verdiyi xəbərə görə, Ukrayna müharibəsi dünyanın ən bahalı şirkətlərinin siyahısında da dəyişikliyə səbəb olub.

“Ernst & Young” (EY) auditor-konsaltinq şirkətinin bu gün açıqladığı hesabat əsasən, müharibə səbəbindən neft və qazın qiymətinin sürətlə artması fonunda 2022-ci ilin ilk yarısının yekunlarına görə “Saudi Aramco” yenidən dünyanın ən bahalı şirkətlərinin siyahısında ilk yerə yüksəlib.

İyunun 30-na olan məlumata əsasən, “Saudi Aramco”-nun kapitallaşması 2,3 trilyon dollar olub. Keçən il dünyanın ən bahalı şirkəti olan “Apple” texnologiya şirkəti isə 2,2 trilyon dollar kapitalla ikinci yerdə qərarlaşıb.

“Ernst & Young” (EY) auditor-konsaltinq şirkətinin hesabatında qeyd edilir ki, Ukrayna müharibəsinin başlaması ilə dünya birjalarında səhmləri yerləşdirilən şirkətlərin səhmlərinin qiyməti dəyişib. Birjalardakı dalğalanmalar ilk növbədə texnologiya şirkətlərinə böyük zərbə vurub, enerji şirkətlər isə dirçəliş dövrünə qədəm qoyub. Böyük şirkətlərinin kapitalı 17 faiz – 6,1 trilyon dollar azalıb. Bu çərçivədə texnologiya şirkətlərinin itkisi isə 28 faiz olub. Ancaq neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər kapitallarını bu dövrdə 19 faiz artırıb.

Qeyd edək ki, dünyanın ən bahalı şirkətlərinin ilk onluğuna “Microsoft”, “Google Alphabet”, “Amazon”, “Tesla”, “Berkshire Hathaway” (investisiya şirkəti), “Unitedhealth” (sığorta şirkəti), “Johnson & Johnson” və “Meta” (keçmiş “Facebook”) daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2490
avatar

Oxşar yazılar