ABŞ-da 35 milyon dollara brilyant satılır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “əbədi çəhrayı” adlanan bu daşı 2019-cu ildə Botsvanadakı bir mədəndə almaz şirkəti kəşf edib.
Tarixin ən mühüm brilyantlarından biri sayılan bu qiymətli daş Nyu-Yorkda hərraca çıxarılacaq.
Qeyd edək ki, brilyantın çəkisi təxminən 10,57 karatdır.