Azərbaycanda vəzifəli şəxs məhkəməlik oldu
07 iyun 2021 11:19 (UTC +04:00)

Azərbaycanda vəzifəli şəxs məhkəməlik oldu

Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşı cərimələnib.

Lent.az-ın məlumatına görə, rayon icra başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ( Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Qeyd edək ki, həmin Əmircan qəsəbəsi üzrə icra nümayəndəliyi Əlixan Əliyevdir. Sözügedən maddəyə əsasən, vəzifəli şəxsə 1200 manatdan 2500 manatadək cərimə tətbiq edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2181
avatar

Mehman Nəbiyev

Oxşar yazılar