Azərbaycanda 2 milyard manat pul yararsız olub -  RƏSMİ
15 mart 2021 13:41 (UTC +04:00)

Azərbaycanda 2 milyard manat pul yararsız olub - RƏSMİ

2020-ci ildə Mərkəzi Banka dövriyyədən 12,5 milyard manat və ya 492 milyon ədəd pul nişanı mədaxil olunub, 13,9 milyard manat və ya 556 milyon ədəd pul nişanı isə məxaric olunub.

Bu barədə Lent.az Mərkəzi Bankdan məlumat verilib. Bildirilir ki, ilin əvvəlindən tədavüldə nağd pul kütləsi 13,8 faiz (1,4 milyard manat və ya 64 milyon ədəd) artaraq hesabat dövrünün sonuna 11,8 milyard manat təşkil edib.

Dövr ərzində tədavüldən mədaxil olunmuş 8,8 milyard manat məbləğində pul nişanları avtomatlaşdırılmış sistemlərdə emal olunaraq dövriyyəyə yararlı olanları təkrar tədavülə buraxılıb. İki milyard manat yararsız pul nişanlarının isə tədavüldən çıxarılması təmin edilib.

Mərkəzi Bankda yaradılmış xidmət kassaları vasitəsilə əhali 5,4 milyon manat məbləğində yarasız pul nişanlarını da dəyişdirib.

Hesabat dövründə Mərkəzi Bank tərəfindən 628 ədəd (29 min 523 manat) saxta pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb. 2020-ci il üzrə tədavüldə olan hər 425 min ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb ki, bu da beynəlxalq təcrübə ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (Avrozonada hər 59 min ədədə - 1 ədəd, Rusiya üzrə hər 143 min ədədə - 1 ədəd).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2190
avatar

Oxşar yazılar