"Açıq mikrofon" bu dəfə Siyəzəndə -  FOTO
28 sentyabr 2022 18:01 (UTC +04:00)

"Açıq mikrofon" bu dəfə Siyəzəndə - FOTO

"Ölkədə sahibkarlığın inkişafı üçün SOCAR "Azəriqaz" İstehsalat Birliyi üzərinə düşən vəzifələrin layiqincə öhdəsindən gəlməyə çalışır. Sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həlli və müraciətlərin qeydə alınması məqsədilə artıq 41-ci dəfədir ki, "Açıq mikrofon" sizlərin ixtiyarına verilir." 

Lent.az xəbər verir ki, bu sözləri qurumun baş direktorunun satış üzrə müavini Rəşad Cavadov Siyəzən rayonunda qurulan "Səyyar qəbul otağı"ında bildirib.

Aksiyada çıxış edən KOBİA nümayəndəsi Nicat Əlizadə hər zaman olduğu kimi sahibkarları dinləməyə və gələcəkdə hər hansı bir problemlə üzləşməmələri üçün məsləhətlər verməyə hazır olduqlarını qeyd edib. "Açıq mikrofon" aksiyasında ümumilikdə 16 müraciət səslənib ki, bunlar arasında  sadə vətəndaşların da istəkləri yer alıb. Sahibkarlar obyektlərində qazdan istifadəyə görə icazənin verilməsi, debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsi kimi müraciətlər ünvanlayıblar. 

Beşdam kəndinin sakini Eltun Şıxəliyev adıçəkilən kəndin qazlaşdırılmasını xahiş edib. Vüqar Hacıyevlə, Vüqar Quliyev isə fərdi yaşayış evinin həyətyanı sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Aksiyada səsləndirilən təklif və bəzi problemlərin yerindəcə baxılmasına qərar verilib.

# 879
avatar

Oxşar yazılar

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

26 noyabr 2022 , 11:15
Biləsuvarlılar "Azəriqaz"dan qaz  İSTƏDİ

Biləsuvarlılar "Azəriqaz"dan qaz İSTƏDİ

25 noyabr 2022 , 18:13
Hər kəsə onlayn kredit yeni ünvanda!®

Hər kəsə onlayn kredit yeni ünvanda!®

25 noyabr 2022 , 18:08
"Nar" abunəçiləri onlayn müştəri xidmətlərini seçir®

"Nar" abunəçiləri onlayn müştəri xidmətlərini seçir®

25 noyabr 2022 , 17:56
Novxanı sakinləri sayğacların rəyini  TƏLƏB ETDİ

Novxanı sakinləri sayğacların rəyini TƏLƏB ETDİ

24 noyabr 2022 , 17:55
“Azəriqaz”da media və QHT nümayəndələri ilə  GÖRÜŞ

“Azəriqaz”da media və QHT nümayəndələri ilə GÖRÜŞ

24 noyabr 2022 , 15:53
"Kapital Bank" daha bir texnoloji ödəniş üsulu təqdim etdi®

"Kapital Bank" daha bir texnoloji ödəniş üsulu təqdim etdi®

24 noyabr 2022 , 11:17
“Avrora Qrup” karyera günü keçirib -FOTO

“Avrora Qrup” karyera günü keçirib -FOTO

24 noyabr 2022 , 10:33