Azərbaycan Milli Depozit Mərkəzi “Azərkosmos” ASC üçün reyestrin aparılması və depozitar xidmətlər göstərməyə başladı
07 iyul 2011 14:28 (UTC +04:00)

Azərbaycan Milli Depozit Mərkəzi “Azərkosmos” ASC üçün reyestrin aparılması və depozitar xidmətlər göstərməyə başladı

Azərbaycan Milli Depozit Mərkəzi (MDM) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC ilə cari ilin iyun ayında bağladığı sazişə əsasən sonuncuya reyestrin aparılması və depozitar xidmətlərin göstərilməsinə başlayıb. Bu barədə Lent.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib.

Qeyd edək ki, “Azərkosmos ASC”-nin səhmlərinin 100 faizi dövlətə məxsusdur və hər birinin dəyəri 20 manat olan 2 milyon ədəd səhmlərin ümumi dəyəri 40 milyon manat təşkil edir.
# 676

Oxşar yazılar