Hökumətin yaxın perspektiv üçün iqtisadi prioritetləri
06 iyul 2011 17:20 (UTC +04:00)

Hökumətin yaxın perspektiv üçün iqtisadi prioritetləri

«APA-ECONOMICS»in məlumatına görə, bunu bəyan edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, bunların sırasında makroiqtisadi sabitliyin qorunması və iqtisadiyyatın diversifikasiyasının dərinləşdirilməsi də yer alır.

Bundan başqa, hökumətin prioritet istiqamətləri sənayeləşmənin sürətləndirilməsi, sənaye şəhərciklərinin yaradılması, aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi, tranzit potensialından səmərəli istifadə, Bakı-Tbilisi-Qars dəmir yolu, Beynəlxalq Dəniz Ticarət Limanı və Gəmiqayırma Zavodunun inşasının başa çatdırılması, İKT-nin istifadə imkanlarının genişləndirilməsi və innovasiya fəaliyyətinin inkişaf etdirilməsi, ilk süni rabitə peykinin orbitə çıxarılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xaricdə ticarət evlərinin yaradılması, ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, turizmin inkişafı, yüksək sosial rifahın və insan kapitalının inkişafının təmin edilməsi kimi tədbir və addımların həyata keçirilməsi nəzərdə tutulub.
# 629

Oxşar yazılar