32 sahibkara 440 min manat güzəştli kredit verilib
24 iyun 2011 14:08 (UTC +04:00)

32 sahibkara 440 min manat güzəştli kredit verilib

İyun ayının 24-ü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda Xaçmaz rayonunda tədbir keçirib. Tədbirdə Quba-Xaçmaz İqtisadi rayonunda fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib.

Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Quba-Xaçmaz iqtisadi rayonunda həyata keçirilən layihələr barədə məlumat verib. O, bildirib ki, 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 779 investisiya layihəsinin maliyyələşdirilməsinə 66,2 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 43 böyük və iri həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 57 milyon manat və 736 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 9,2 milyon manat vəsait ayrılıb.

Tədbir çərçivəsində Xaçmazda və ətraf rayonlarda fəaliyyət göstərən 32 sahibkarlıq subyektinə 440 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Vəli Turan
# 612

Oxşar yazılar