Aprel ayının enerji istehsalı göstəriciləri açıqlandı
11 may 2011 18:44 (UTC +04:00)

Aprel ayının enerji istehsalı göstəriciləri açıqlandı

Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,3 milyard kilovatsaatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,4 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsalı düşür.


Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Bu ilin 4 ayı ərzində isə enerji sistemdə 7,3 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu həcmdən də 6,5 milyard kilovatsaata yaxını İES-lərin, 0,8 milyard kilovatsaatdan artıq isə SES-lərin payına düşür.
# 585

Oxşar yazılar