Bakıda 132 min manatlıq müəssisə satışa çıxarıldı
10 may 2011 12:30 (UTC +04:00)

Bakıda 132 min manatlıq müəssisə satışa çıxarıldı

Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, 53a. ünvanında yerləşən müəssisə İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindədir.
“Tələbə” İcarə Müəssisəsinin sahəsi 278,7 kvadratmetrdir. Müəssisənin start satış qiyməti 132 min 501 manatdır. İlkin satış qiyməti də 132 min 501 manat müəyyənləşdirilib.
# 637

Oxşar yazılar