
“Unibank”da Novruz aksiyası
Bankın marketinq şöbəsindən Lent.az-a verilən məlumata görə, martın 9-dan aprelin 30-dək bankın xidmət şəbəkəsində “Al Kart” və nağd kreditləri alan müştərilərin hər beşincisinə “Mobitel” zəmanətli Nokia 2700 və ya Nokia 7100 mobil telefonu hədiyyə ediləcək. Həmin kreditlərin rəsmləşdirilməsi proseduru da artıq hamı üçün daha sadə olacaq. Belə ki, “Al Kart” və nağd kreditlərin cəlb olunması üçün təsdiqlənmiş aylıq gəlirləri müvafiq olaraq ən azı 200 və 85 manat təşkil edə bilər. Eyni zamanda, 2000 manat həcminədək kreditlərin verildiyi təqdirdə Bank tərəfindən zamin və girov tələbi tətbiq olunmur. Hədiyyə alan müştərilərin təyin edilməsi “Unibank”ın xüsusi proqram təminatı vasitəsilə müəyyən edilir. Kreditlərin alınması üzrə ardıcıllıq bu kompyuter sistemində müştərinin müraciətinin edildiyi ana görə hesablanır. Qaliblər mərkəzləşdirilmiş qaydada “Unibank”ın bütün xidmət şəbəkəsi üzrə müəyyən edilir. Aksiya bankın əməkdaşlarına tətbiq olunmur.
“Unibank”ın Novruz aksiyası barədə daha ətraflı məlumat üçün müştərilər Bankın onlara ən yaxın yerləşdiyi filialına və ya şöbəsinə müraciət, eləcə də (012) 117 nömrəli telefona zəng edə bilərlər.
“Unibank”ın Novruz aksiyası barədə daha ətraflı məlumat üçün müştərilər Bankın onlara ən yaxın yerləşdiyi filialına və ya şöbəsinə müraciət, eləcə də (012) 117 nömrəli telefona zəng edə bilərlər.
Oxşar yazılar

"Azercell" Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edir!
22 iyul 2025 , 12:17
Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu Qazax-Tovuz iqtisadi rayonunda təşkil olunub
22 iyul 2025 , 11:09"Park Bulvar" media nümayəndələri ilə görüş keçirib
22 iyul 2025 , 10:10
“Nar” Daşkəsən festivalında iştirak etdi
22 iyul 2025 , 09:56
"Azercell"in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib
21 iyul 2025 , 18:37
"Kapital Bank"ın dəstəyi ilə TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu
21 iyul 2025 , 17:16
“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi
21 iyul 2025 , 15:45