“Azərpoçt”un 170 məntəqəsi “Western Union” pulköçürmə sisteminə qoşulub
Novruz bayramına qədər “Azərpoçt” ASC-nin 170 məntəqəsi “Western Union” pulköçürmə sisteminə qoşulacaq. Lent.az-ın məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin poçt sektorunun rəisi Novruz Məmmədov “Western Union”la əməkdaşlıq sazişinin imzalanması mərasimində belə deyib. Onun sözlərinə görə, hazırda 70-ə yaxın şöbə bu xidmətləri göstərir, Novruz bayramına qədər daha 100 şöbə sözügedən sistemə qoşulacaq.
Novruz Məmmədov deyib ki, “Western Union” vasitəsilə pulköçürmələr həm milli, həm də xarici valyutada aparılacaq. Onun sözlərinə görə, hazırda Azərbaycanda 45 bankın 600-ə yaxın məntəqəsi fəaliyyət göstərir: “Azərpoçt”un isə ölkə üzrə fəaliyyət göstərən 1600 məntəqəsindən on-line sistemə qoşulmuş 1200 məntəqəsi “Western Union” xidməti göstərəcək.
“Western Union”un Şərqi Avropa və MDB ölkələri üzrə regional vitse-prezidenti Conatan Knaus isə deyib ki, təmsil etdiyi şirkət 160 illik təcrübəyə malikdir. Onun sözlərinə görə, “Western Union” dünya üzrə 90 poçt müəssisəsi ilə əməkdaşlıq edir: “Şirkətimiz etibarlı və daha çox müştərilər üçün sərfəli olan xidmət göstərir. Ötən il “Western Union” üçün uğurlu olub. Dünya üzrə pulköçürmələrin 70 faizi “Western Union” vasitəsilə aparılıb. İnanıram ki, Azərbaycanda yeni tərəfdaşımızla imzaladığımız razılaşma üzrə əməkdaşlıq uzunmüddətli və hər iki tərəf üçün səmərəli olacaq”.
Elxan SALAHOV

Oxşar yazılar

"Azercell" gənclər üçün “DataMinds Bootcamp” proqramına start verib
23 iyul 2025 , 15:11"Unibank" "Kəpəz" Futbol klubunun sponsoru oldu
22 iyul 2025 , 17:46
HUAWEI Pura 80 Seriyası: Mobil foto çəkilişlərdə yeni imkanlar
22 iyul 2025 , 15:48
Jurnalistlər arasında keçirilən futbol çempionatının qalibi müəyyən olunub
22 iyul 2025 , 14:00
"Azercell" Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edir!
22 iyul 2025 , 12:17
Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu Qazax-Tovuz iqtisadi rayonunda təşkil olunub
22 iyul 2025 , 11:09"Park Bulvar" media nümayəndələri ilə görüş keçirib
22 iyul 2025 , 10:10