Səfirliklərimizin pulu 22 faizədək artırılıb
Büdcədə səfirliklərdə çalışanların əmək haqlarının ödənməsinə ayrılan vəsait builkindən 21,9 faiz çoxdur
Gələn il dövlət büdcəsindən xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərin, konsulluqların və diplomatik nümayəndəliklərin saxlanılmasına təxminən 51 milyon manat ayrılacaq. Bu isə 2009-cu illə müqayisədə 20,7 faiz çoxdur.
Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, Milli Məclis 2010-cu ilin büdcə layihəsini olduğu kimi qəbul edərsə, növbəti il xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərin, konsulluqların və başqa diplomatik nümayəndəliklərin saxlanılmasına 50,98 milyon manat vəsait ayrılacaq. 2009-cu ildə bu istiqamətdə 42,25 milyon manat ayrılması nəzərdə tutulub. Ötən illə müqayisədə artım 20,7 faiz olub.
Xatırladaq ki, 2008-ci ildə səfirlik və konsulluğun saxlanılmasına 45,70 milyon manat ayrılıb. Ancaq 2009-cu ildə bu vəsait 7,6 faiz azaldılaraq 42,25 milyona endirilmişdi. Gələn il səfirlik və konsulluqlara ayrılan vəsaitin 39 faizi və ya 19,9 milyon manatı işçilərin əməyinin ödənişinə yönəldiləcək. Ötən illə müqayisədə səfirliklərdə çalışanların əmək haqlarının ödənməsinə ayrılan vəsait 21,9 faiz artıb. İdarənin saxlanmasına 1 milyon, ezamiyyə xərclərinə 2,6 milyon manat ayrılacaq ki, bu da uyğun olaraq ümumi xərclərin 2 faiz və 5 faizinin təşkil edir.
Elxan SALAHOV

564