Sumqayıt yolunda avtomobil keçidi tikilir
“Bakı Dairəvi Yolu” çərçivəsində inşa etdiyi tunelin tikintisi ilin sonunadək başa çatmalıdır
Dünəndən etibarən “Bakı dairəvi yolu” ilə Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunu birləşdirən “Körpü-1” layihəsi çərçivəsində tunelin ikinci hissəsinin tikintisinə başlanıb. Artıq tunelin ikinci hissənin inşası üçün lazımi texnika və avadanlıqlar tikinti sahəsinə gətirilib.
“Azəryolservis” Səhmdar Cəmiyyətindən Lent.az-a bildiriblər ki, “Körpü-1” layihəsi çərçivəsində 149 ədəd dayaq nöqtəsi qazılacaq. Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 6-cı kilometrliyində yolun altından keçəcək tunelin ümumi uzunluğu 75 metr, eni 18, hündürlüyü isə 5 metr olacaq.
Səhmdar Cəmiyyətdə bildirirlər ki, hər birinin eni 3,75 metr olan 2 hərəkət zolaqlı tunellə yanaşı ərazidə piyadalar üçün səki də salınacaq. “Azərinşaatservis” MMC-nin “Bakı Dirəvi Yolu” çərçivəsində inşa etdiyi tunelin tikintisi ilin sonunadək başa çatdırılmalıdır.
Xatırladaq ki, hazırda tikinti işləri ilə əlaqədar Bakı-Sumqayıt istiqamətində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb. Alternativ marşrut kimi sürücülərə Biləcəri enişindən keçməklə Sumqayıt istiqamətində hərəkət etmək təklif olunur.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycan əhalisinin banklardakı əmanəti – Azalıb, yoxsa çoxalıb?
12 may 2025 , 11:10
Qarabağda belə təchizat sxemi yaradılacaq
11 may 2025 , 15:46
“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib
10 may 2025 , 12:40
Bakıda 5 marşrutun hərəkət sxemi dəyişdirilir
8 may 2025 , 18:49
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək
8 may 2025 , 17:45"City Garden Narimanov"da premium mənzillərin təmir prosesi başa çatmaq üzrədir "Kristal Abşeron!"
8 may 2025 , 15:56
Umico kredit xətti ilə alış-verişə 50 faiz komissiya endirimi
8 may 2025 , 14:29