“28 May” metrostansiyasında ikinci çıxış tikilir
Digər təkçıxışlı stansiyalarda ikinci çıxışların tikintisi yalnız maliyyə vəsaitindən asılıdır
Bakı Metropoliteninin “28 May” stansiyasının ikinci çıxışının tikintisi yaxın iki ay ərzində başa çatdırılacaq. İlin sonunda isə çıxışın istifadəyə verilməsi nəzərdə tutulur.
Bakı Metropolitenindən Lent.az-a bildiriblər ki, yeni çıxış Rus Pravoslav Kilsəsinin arxa hissəsində, yəni Mikayıl Rəfili küçəsi ilə “Azadlıq” prospektinin kəsişdiyi əraziyə açılacaq. İkinci çıxışdakı keçidin ümumi uzunluğu 170 metrdir. Artıq girişin vestibülündə mərmər və qranit işləri tamamlanıb, hazırda stansiyanın ətrafında yenidənqurma işləri aparılır.
Bakı Metropolitenində bildirirlər ki, 1 çıxışlı stansiyalar rahat gediş-gəliş və sərnişinlərin təhlükəsizlik nöqteyi-nəzərdən normal sayılmır. Metronun “İçərişəhər”, “Elmlər Akademiyası”, “Sahil”, “Nizami” məhz belə stansiyalardan hesab olunur.
Bununla belə, həmin stansiyaların hər birinin ikinci çıxışının layihələri hazırdır. Belə ki, “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı Bakı Dövlət Universitetinin həyətinə, “Nizami”nin çıxışı Azərbaycan Dövlət Akademik Dram Teatrının qarşısına, “Sahil” Nəsiminin heykəlinin qarşısına, “İçərişəhər”in çıxışı isə Dənizkənarı Milli Parkadır. Bakı Metropolitenində deyirlər ki, təkçıxışlı stansiyalarda ikinci çıxışların tikintisi yalnız maliyyə vəsaitlərindən asılıdır.
Elxan SALAHOV

Oxşar yazılar

Qarabağda belə təchizat sxemi yaradılacaq
11 may 2025 , 15:46
“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib
10 may 2025 , 12:40
Bakıda 5 marşrutun hərəkət sxemi dəyişdirilir
8 may 2025 , 18:49
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək
8 may 2025 , 17:45"City Garden Narimanov"da premium mənzillərin təmir prosesi başa çatmaq üzrədir "Kristal Abşeron!"
8 may 2025 , 15:56
Umico kredit xətti ilə alış-verişə 50 faiz komissiya endirimi
8 may 2025 , 14:29
Kapital Bank-ın 30 000 000 manat həcmində istiqraznın abunə yazılışı başladı
8 may 2025 , 09:44