Aeroport yolunun böyük bir hissəsini dövlət alacaq
04 sentyabr 2009 16:00 (UTC +04:00)

Aeroport yolunun böyük bir hissəsini dövlət alacaq

Baş nazir Artur Rasizadə “Heydər Əliyev Hava Limanı Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun (19 km) 6 cərgəli hərəkət üçün yenidən qurulması layihəsinin həyata keçirilməsi ilə əlaqədar avtomobil yolunun tikintisi altına düşən torpaq sahələrinin və həmin torpaq sahələrində yerləşən digər daşınmaz əmlakın (binalar, evlər, tikililər, qurğular və s.) dövlət ehtiyacları üçün alınması haqqında” qərar imzalayıb. Lent.az-ın Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qərara əsasən, Heydər Əliyev Hava Limanı - Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun (19 km) 6 cərgəli hərəkət üçün yenidən qurulması layihəsinin həyata keçirilməsi ilə əlaqədar avtomobil yolunun bu qərara əlavə edilmiş kadastrdan çıxarışa uyğun tikintisi altına düşən torpaq sahəsi dövlət ehtiyacları üçün alınacaq.
Torpaq sahəsinin dövlətin adından dövlət ehtiyacları üçün alınması Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.
Sənədlə bu qərarın 1-ci bəndində qeyd olunan avtomobil yolunun tikintisi altına düşən torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən digər daşınmaz əmlakın (binaların, evlərin, tikililərin, qurğuların və s.) satınalma qiymətini Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydası”na uyğun olaraq müəyyən etmək Nəqliyyat Nazirliyinə tapşırılıb.
Maliyyə Nazirliyinə isə tapşırılıb ki, nəzərdə tutulan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən digər daşınmaz əmlakın (binaların, evlərin, tikililərin, qurğuların və s.) alınmasının maliyyələşdirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 2 fevral tarixli 22s nömrəli sərəncamının əlavəsi ilə Nəqliyyat Nazirliyinə Heydər Əliyev Hava Limanı - Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun (19 km) 6 cərgəli hərəkət üçün yenidən qurulması məqsədi ilə nəzərdə tutulmuş vəsait hesabına təmin etsin.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 889

Oxşar yazılar