“Borc ödənənə qədər “Azerfon” və “Azercell” abunəçiləri bir-birlərinə zəng edə bilməyəcəklər
Bu gün “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan şirkətin baş ofisində mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, A. Ağan bildirib ki, Azərbaycanda mobil şəbəkənin genişlənməsi və normal işləməsi üçün 1 milyard dollar sərmayə qoyublar: “Amma “Azerfon” MMC-nin (NarMobile) hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqəsi saxlaya bilməsi üçün arabağlantı müqaviləsi üzrə 1 il ərzində borcunu ödəməməsi “Azercell”-in fəaliyyətinə ciddi zərər vurur. Artıq bu borc 11 milyon manata çatıb. Dəfələrlə edilən rəsmi müraciətlərə baxmayaraq, bu borcun ödənilməsi istiqamətində “Azerfon” MMC tərəfindən heç bir addım atılmayıb. Buna görə də şəbəkələr arasındakı mövcud arabağlantı kanalları 22 iyul saat 00:00-dan etibarən kəsiləcək. Borc ödənənə qədər “Azerfon” və “Azercell” abunəçiləri bir-birlərinə zəng edə bilməyəcəklər”.
A. Ağan qeyd edib ki, “Azercell”in hazırda heç bir şirkətə borcu yoxdur: “Yəni “Azerfon” tərəfindən qarşılıqlı borcla bağlı hər hansı iddia səslənərsə, bunun əsası olmayacaq”.

Oxşar yazılar

"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
25 iyun 2025 , 16:24