Masazır körpüsünün tikintisi yekunlaşır
Bakı-Quba yolunun Bakı 6-16 kilometrlik hissəsi oktyabrda tam şəkildə istifadəyə veriləcək
Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 6-16 kilometrlik hissəsinin tikintisi oktyabrda başa çatacaq. Hazırda yolun əsas hissəsində asfalt işləri tamamlanıb, magistralın 10-cu kilometrədək olan hissəsində yol nişanları və məlumat lövhələr quraşdırılıb.
“Azəryolservis” Səhmdar Cəmiyyətindən Lent. Az-a bildiriblər ki, ümumi uzunluğu 208 kilometr olan əsas hissəsi 6 hərəkət zolağından ibarətdir. 12-ci kilometrdən başlayaraq, 8 hərəkət zolaqlı olan avtomobil yolunun eni əksər yerlərdə 30,5 metrdir. Hazırda isə 12-ci kilometrliyində Masazır körpüsünün tikintisi davam etdirilir.
Səhmdar Cəmiyyətdə deyirlər ki, körpünün əsas hissəsinin tikintisi artıq başa çatdırılıb. Hazırda körpü və onun qollarında asfalt örtük çəkilir. Bu körpüdən piyadalar da istifadə edəcək və bunun üçün körpünün üzərində səki qoyulacaq. Körpünün yaxın bir-iki həftədə istifadəyə verilməsi planlaşdırılır.
Bundan başqa, ərazidə 2 piyada keçidi də inşa ediləcək. “Bakı dairəvi yolu”nu Bakı-Rusiya sərhədi avtomobil yoluna birləşdirəcək “Körpü-1” layihəsi çərçivəsində isə tunelin birinci hissəsinin inşasına başlanıb. “Azəryolservis” Səhmdar Cəmiyyətində deyirlər ki, artıq tunelin üst beton hissəsi hazırdır və ərazidən keçən kommunikasiya xətlərinin yerdəyişməsi aparılır. Tunel vasitəsilə Ələt istiqamətindən “Bakı dairəvi yolu” ilə hərəkət edən avtomobillərin Bakı-Rusiya magistral avtomobil yoluna və yeni avtovağzala çıxış mümkün olacaq. Bu yol qovşağının tikintisi isə sentyabr ayında yekunlaşacaq.
Elxan SALAHOV

1006