Neft və qaz hesabatları təhlil olunacaq
Azərbaycanda MHŞT üzrə 11-ci hesabat mərhələsi başlandı
Bu gün Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış tərəflərin nümayəndələrindən ibarət Seçim Qrupunun iclası keçirilib. İclasda MHŞT üzrə 11-ci hesabat mərhələsinə start verilldiyi elan olunub.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan Lent.az-a bildiriblər ki, Seçim Qrupunun üzvləri 2009-cu ilin birinci yarısını əhatə edəcək hesabatları təhlil edəcək. Bunun üçün audit şirkətinin seçilməsi məqsədilə müsabiqə də təşkil olunacaq. Bugünkü iclasda həmin müsabiqədə iştiraka dair Azərbaycanda fəaliyyət göstərən və dünyada tanınmış nüfuzlu beynəlxalq audit şirkətlərinə bildiriş göndərilməsi barədə qərar qəbul edilib.
Təşəbbüsün Azərbaycanda həyata keçirilməsinə dair mexanizmə uyğun olaraq, seçiləcək audit şirkəti hesabat dövrü üzrə Azərbaycan hökumətinin və ölkədə fəaliyyət göstərən neft və qaz şirkətlərinin hesabatlarını təhlil edərək onlara rəy verəcək.
Xatırladaq ki, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış tərəflər Azərbaycanın hökumət Komissiyası, ölkədə hasilat sənayesi ilə məşğul olan yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasıdır.
Elxan SALAHOV

884