201,5 kiloqram süd məhsulları məhv edilib
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, N.Nərimanov küçəsi-8 ünvanda Gülbala Qasımzadəyə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı yağlılığı 20 faiz olan xamanın, yağlılığı 9 faiz olan yarımyağlı kəsmiyin və pəhriz kəsmiyinin üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi üzə çıxıb. Həmçinin süd məhsullarının qablaşdırılmasında istifadə olunan bükmə materiallarının müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Qanun pozuntuları ilə əlaqədar müəssisənin anbarında satışı dayandırılmış 201,5 kiloqram süd məhsullarından nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində müəssisədə istehsal edilmiş yağlılığı 20 faiz olan xamanın tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar (koliformlar) aşkarlanıb. Bundan başqa, pəhriz kəsmiyinin tərkibində yağın olması (pəhriz kəsmiyinin tərkibində yağ olmamalıdır), yağlılığı 9 faiz olan yarımyağlı kəsmiyin yağlılığının normadan çox, yağlılığı 20 faiz olan xamanın yağlılığının isə normadan az olduğu müəyyənləşib.
Bu qanun pozuntuları ilə əlaqədar süd məhsullarının satışının təxirə salınmadan dayandırılması və insan orqanizmi üçün təhlükəli olan 201,5 kiloqram süd məhsullarının məhv edilməsi barədə Gülbala Qasımzadəyə Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib və həmin mallar məhv edilib.
Elxan SALAHOV

Oxşar yazılar

“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
28 iyul 2025 , 12:40
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16