Bakıda daha bir yanacaqdoldurma məntəqəsi açıldı - FOTO
Bu gün Bakıda “SOCAR” brendi adı altında fəaliyyət göstərən daha bir yanacaqdoldurma məntəqəsini istifadəyə verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, sayca 6-cı olan yanacaqdoldurma məntəqəsi Zığ-Aeroport şosesində, hava limanının yaxınlığında inşa edilib. ARDNŞ rəhbəri Rövnəq Abdullayev yeni məntəqənin açılış mərasimindəki çıxışında deyib ki, yaxın vaxtlarda “SOCAR” brendi adı altında daha 12 yanacaqdoldurma məntəqəsi yaradılacaq. Bunlardan 7-si gələn ilin mart ayınadək, daha sonra 5-i fəaliyyətə başlayacaq.
Rövnəq Abdullayev qeyd edib ki, 2011-ci ildə ölkə üzrə “SOCAR” brendli yanacaqdoldurma məntəqələrinin ümumi sayı təxminən 20-yə çatdırılacaq. Onun sözlərinə görə, hər yanacaqdoldurma məntəqəsində 100 nəfər işçi çalışır.
Elxan SALAHOV

Oxşar yazılar

“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
28 iyul 2025 , 12:40
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16