Milyarderlərin il ərzində aldığı ən bahalı mülk və əşyalar - SİYAHI
”Forbes” jurnalı bu il ən bahalı mallar alan milyarderlərin siyahısını açıqlayıb.
Lent.az-ın verdiyi məlumata görə, siyahının ilk pilləsində Roman Abramoviç qərarlaşıb.
O, bu il Sankt-Peterburqun mərkəzində olan Yeni Hollandiya adasını 400 milyon dollara alıb. Milyarder burada VIII əsrdə tikilmiş anbarı rəsm qalereyasına çevirmək, mağaza, otel və restoranlar tikmək niyyətindədir. Jurnal Roman Abramoviçin maddi sərvətinin 11,2 milyard dollar olduğunu yazıb.
İkinci yerdə milyarder Stiven Koen gəlir. O, 2010-cu ildə müasir incəsənət əsərlərinin alınması üçün 145,4 milyon dollar xərcləyib. O, Casper Consonun Bayraq, Endi Uorxolun Coca-Cola əsərlərini alıb.
Üçüncü yerdə pakistanlı milyarder Mian Məhəmməd Manşadır. O, Londondakı “St.James Hotel&Club”u alıb. Otelin hər bir otağı ona 1,5 milyon dollara başa gəlib və onun ümumilikdə 95 milyon dollar xərci çıxıb.
Siyahıda dünyanın ən varlı şəxsi olan meksikalı Karlos Silim və neft-qaz maqnatı Kelsi Uorrenin də adları var. Birinci Nyu-Yorkdakı “Metropoliten” muzeyi qarşısındakı mülki 44 milyon dollara alıb, ikincisi isə 25 karatlıq, qiyməti 25 milyon dollar olan brilyant alıb.

Oxşar yazılar

“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
28 iyul 2025 , 12:40
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16