Gələn il işçisini sığortalamayan təşkilatlar cərimələnəcək
Həmin təşkilatlar 1500 manat cərimə ödəyəcək
Gələn ilin yanvar ayından Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlar öz işçilərini «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə sığortalamadığı təqdirdə 1500 manat məbləğində cərimə olunacaq.
«APA-ECONOMICS»in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov bildirib.
M.Məhərovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 53.9-cu maddəsinə edilən dəyişikliyə əsasən, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə işəgötürən işçinin sığortalanması ilə bağlı birbaşa məsuliyyət daşıyır.
M.Məhərov bildirib ki, hazırda Azərbaycanda 400 minə yaxın işəgötürən mövcuddur və bu müəssisə və təşkilatların hamısı işçilərini icbari qaydada sığortalamalıdır: «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunda hərbi və ya xüsusi rütbəsi olan şəxslər, Azərbaycan və Naxçıvan Milli Məclisinin deputatları, həmçinin «Sosial sığorta haqqında» qanuna uyğun olaraq, məcburi dövlət sosial sığortasına cəlb olunmayan əcnəbilər istisna olmaqla, bütün sosial sığorta haqqı ödəyən şəxslər bu sığorta növü üzrə sığortalanacaq».
M.Məhərov qeyd edib ki, tətbiq olunacaq cərimələr hüquqi şəxslərə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və xarici dövlətin hüquqi şəxs qismində yaradılan bütün müəssisələrinə şamil ediləcək.
Qeyd edək ki, qanunun icrasına nəzarəti Dövlət Əmək Müfəttişliyi, zonal Tibbi Sosial Ekspert Komissiyaları və Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti həyata keçirəcək.
Xatırladaq ki, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» qanunu 2010-cu il iyulun 3-də qüvvəyə minib. Qanun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta sahəsində münasibətləri tənzimləyir, həmçinin bu münasibətlərin hüquqi, iqtisadi və təşkilatı əsaslarını müəyyən edir.

Oxşar yazılar

“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
28 iyul 2025 , 12:40
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16