Kart bazarında fırıldaqçılıqla necə mübarizə aparmalı?
Azərbaycan Mərkəzi Bankı “MasterCard” beynəlxalq kart təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində ”Kart bazarında fırıldaqçılıqla mübarizə” mövzusunda seminar keçirib.
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbirin məqsədi ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsinə dəstək verməkdir. Seminarda “MasterCard”ın risk servisləri üzrə biznes lideri Cem Kibaroğlu emitent və ekvayrinq fəaliyyətində fırıldaqçılığa qarşı mübarizənin təşkili, bu sahədəki beynəlxalq təcrübə və risklərin qarşısının alınması üçün zəruri tədbirlərdən danışıb. O həmçinin elektron ticarətdə risklərin idarə edilməsi barədə seminar iştirakçılarına ətraflı məlumat verib.
Seminarda Mərkəzi Bankın, dövlət qurumlarının və həmçinin ölkədə fəaliyyət göstərən bankların nümayəndələri iştirak edib.
Elxan SALAHOV

Oxşar yazılar

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11