Batumi meriyasının qarşısında da yanacaqdoldurma məntəqəmiz açıldı
05 oktyabr 2010 17:53 (UTC +04:00)

Batumi meriyasının qarşısında da yanacaqdoldurma məntəqəmiz açıldı

ARDNŞ Gürcüstanda “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün Gürcüstanın Batumi şəhərində, Lermantov küçəsində şəhər meriyası ilə üzbəüz daha 1 yanacaqdoldurma məntəqəsinin açılış mərasimi keçirilib.

“SOCAR Georgia Petroleum” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinin açılış mərasimində “SOCAR Energy Georgia” MMC-nin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yeni məntəqənin istismara buraxılması ilə Gürcüstan ərazisində “SOCAR” brendi ilə fəaliyyət göstərən, yüksək standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin sayı 49-a çatıb.
# 657

Oxşar yazılar