“Ərzaq təhlükəsizliyi haqqında” qanunumuz olacaq
Artıq bir sıra nazirliklər yeni qanun layihəsi barədə təkliflər hazırlayır
Milli Məclisdə “Ərzaq təhlükəsizliyi haqqında” qanun layihəsinin hazırlanmasına başlanıb. Yeni qanun layihəsi ölkədə ərzaq təhlükəsizliyinə nəzarət mexanizminin gücləndirilməsi, istehsalın təşkili və xarici investorların yerli bazarlarda iştirakını təmin etmək üçün hüquqi baza yaradır.
Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-a bildiriblər ki, qanun layihəsində ərzaq məhsullarının istehsalını artırmaq üçün bu sahələr üzrə spesifik xüsusiyyətlər nəzərə alınacaq. Belə ki, son illər inkişaf baxımından geridə qalan sahələrin dirçəldilməsi üçün sahibkarlara, xüsusən xarici investorlara cəlbedici şəraitin yaradılması nəzərdə tutulur.
Artıq qanun layihəsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi konkret təkliflər üzərində işləyir. Həmçinin İqtisadi İnkişaf Nazirliyi də bununla bağlı hazırlayacağı təklifləri Milli Məclisə təqdim edəcək. Yeni qanun layihəsində ən vacib məsələlərdən biri kimi xarici bazarlara çıxmaq üçün keyfiyyətli məhsul istehsalının stimullaşdırılması qaydaları əksini tapmalıdır.
Elxan SALAHOV

Oxşar yazılar

Unibank “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşulub
15 may 2025 , 11:00
Azərbaycanda 5 ildə içki və siqaretə 12 milyard xərclənib - ARAŞDIRMA
14 may 2025 , 15:13
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
14 may 2025 , 14:26"Kapital Bank"da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
14 may 2025 , 13:09
Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27