Azərbaycan yanvarın 1-dən Rusiyaya qaz ixrac edəcək
“Qazprom” “Şirvanovka” qaz ölçü stansiyasının vəziyyətindən razı qalıb
“Qazprom” ASC və “Qazprom Eksport” MMC-nin nümayəndələri 29-30 dekabrda Azərbaycan təbii qazının Rusiya Federasiyasına təchizatının texniki məsələləri üzrə vəziyyətlə yerində tanış olmaq üçün ölkəmizə səfər ediblər.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, onlar ARDNŞ-nin Qaz İxracı İdarəsinin mütəxəssisləri ilə birlikdə “Şirvanovka” qaz ölçü stansiyasına baxış keçirib və müştərək təftiş aparıblar.
Tərəflər “Şirvanovka” qaz ölçü stansiyasının qazın Rusiya tərəfinə ötürülməsi üçün tam hazır vəziyyətdə olması və burada quraşdırılan avadanlığın beynəlxalq standartlara cavab verməsi qənaətinə gəliblər. Bundan sonra tərəflər arasında müvafiq protokol imzalanıb.
Azərbaycan tərəfi 1 yanvar 2010-cu il tarixdə saat 11 radələrində qonşu ölkəyə qaz ixracına başlayacaq. İlkin dövrdə Rusiyaya sutkada 1,5 milyon kubmetr qaz ixrac olunacaq.

Oxşar yazılar

“Unibank”dan kredit götürün — premium səviyyəli səyahət hədiyyəniz olsun
12 iyun 2025 , 15:40
"HUAWEI WATCH 5" - Təkmil idman və aktivlik rejimləri
12 iyun 2025 , 15:26
Azərduz markasından ətraf mühitə töhfə: Masazır duz gölləri ətrafı tullantılardan təmizləndi
11 iyun 2025 , 16:48
“Unibank”dan sahibkarlara yay hədiyyəsi - mikro kreditlərə 5%-dək endirim!
11 iyun 2025 , 12:43
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
11 iyun 2025 , 09:20
Sabah “MİDA” yaşayış kompleksinin qazı kəsiləcək
10 iyun 2025 , 19:47