Rusiya “Cənub axını” qaz kəmərinin tikintisinə başladı
APA-nın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, təməlqoyma mərasimində simvolik olaraq ilk borunun qaynağı edilib. Bu ilin oktyabr ayında Qazprom “Cənub axını”nın keçəcəyi ən son ölkə - Bolqarıstanla danışıqları yekunlaşdırıb. Buna kimi isə Macarıstan, Sloveniya və Serbiya ilə razılıq əldə olunub.
Qeyd edək ki, “Cənub axını” layihəsinin dəyəri 16 mrd. avro, nəqletmə gücü ildə 63 mlrd. kubmetrdir. Kəmərin 2015-ci ildə işə salınması gözlənilir. Layihə tam gücü ilə 2018-ci ildə işləyəcək. “Cənub axını” Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutur. “Cənub axını” Qara dəniz vasitəsilə Rusiyadan Bolqarıstana kimi uzanacaq. Daha sonra qaz kəməri iki hissəyə ayrılacaq. Bir qolu Serbiya, Macarıstan və Avstriya, digər qolu isə Yunanıstan və İtaliyadan keçəcək.
Layihənin əsas iştirakçıları Rusiyanın “Qazprom”, Fransanın EdF, Almaniyanın BASF və İtaliyanın ENİ şirkətləridir. Layihənin tikintisi üzərində beynəlxalq konsorsium olan “South Stream Transport” çalışacaq ki, onun da səhmlərinin 50%-i “Qazprom”a məxsusdur.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15