Mərkəzi Bank uçot dərəcəsini aşağı endirdi
Mərkəzi Bankın Kommunikasiya departamentindən Lent.az-a verilən məlumata görə, 2012-ci ildə ölkə iqtisadiyyatının və ixracın şaxələnməsi, iqtisadi rifahın yüksəlməsi və makroiqtisadi dayanıqlığın güclənməsi prosesi daha da sürətlənib.
Qeyri-neft iqtisadiyyatı cari ilin on ayında 10.4% artaraq iqtisadi artımın başlıca amilinə çevrilib. İqtisadi artıma və məşğulluğa həm daxili, həm də xarici tələb müsbət təsir göstərib. Cari ildə Mərkəzi Bank bəyan etdiyi pul siyasəti istiqamətlərinə uyğun olaraq ölkədə qiymətlərin və maliyyə sabitliyinin qorunmasına yönəlmiş fəaliyyətini davam etdirib. Bu mandatın daha effektiv yerinə yetirilməsi üçün pul siyasəti və makroprudensial siyasət çərçivələri təkmilləşməkdə davam edib.
Manatın məzənnəsinin sabitliyi qorunub, pul kütləsi inflyasiya hədəfinə uyğun templə artıb. Ölkədə inflyasiya birrəqəmli səviyyədə qalıb, orta illik inflyasiya tempi (1.3%) tərəfdaş ölkələrdən əhəmiyyətli aşağı olub. Bu şəraitdə kreditlər üzrə orta faiz dərəcələrində azalma meyilləri müşahidə edilib. İnflyasiyanın optimal səviyyədə olmasını nəzərə almaqla faiz dərəcələrinin daha da enməsinə şərait yaratmaq və bu yolla qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək üçün Mərkəzi Bankın İdarə Heyəti 10 dekabrdan etibarən uçot dərəcəsinin 5.25%-dən 5%-ə endirilməsi barədə qərar qəbul edib.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15