Azərbaycanda bahalaşmanın səviyyəsi açıqlandı
Dövlət Statistika Komitəsi noyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb.
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,9 faiz, qeyri-ərzaq mallarının 0,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,1 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,0 faiz bahalaşmasına səbəb olub.
Ay ərzində ərzaq məhsullarından düyünün, çörəyin, qoyun ətinin, makaron məmulatlarının, toyuq ətinin, təzə balığın, süd və süd məhsullarının, yumurtanın, portağalın, bananın, almanın, armudun, narın, xiyar və pomidorun, bibərin, badımcanın, sarımsağın, kartofun qiyməti bahalaşıb. Bahalaşma ilə yanaşı noyabr ayında qarabaşaq yarmasının, kərə yağının, günəbaxan yağının, şəkər və şəkər tozunun, naringinin, xurmanın, kələmin, çuğundurun, kökün, göyərtinin qiymətlərində ucuzlaşma da müşahidə olunub. Noyabr ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, inşaat materiallarından nitro və yağlı boyaların, divar kağızlarının, kəsilmiş taxtaların, ağac lifli lövhələrin, parket və laminat parketin, kərpicin, mebellərdən mətbəx üçün mebel dəstinin, mətbəx üçün kətilin qiymətləri bahalaşmış, parket üçün lakın, pəncərə şüşəsinin, ağac yonqar lövhələrin, sementin, metal kirəmitin, mebellərdən mətbəx üçün masanın qiymətləri isə ucuzlaşıb.
Noyabr ayında əhaliyə göstərilən pullu xidmətlərindən qadın üçün qış kostyumunun tikilişi, çilingər xidməti, mebel təmiri xidmətləri tariflərində bahalaşma müşahidə olunub.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15