(R) DəmirBank Azərbaycanda ilk dəfə MobilKart məhsulunu təqdim edir
16 oktyabr 2012 15:31 (UTC +04:00)

(R) DəmirBank Azərbaycanda ilk dəfə MobilKart məhsulunu təqdim edir

DəmirBank Azərbaycanda ilk dəfə olaraq müştərilərə mobil danışıq dəqiqələri qazandıran MobilKart plastik kartlarını təqdim etməyə başlayıb.

MobilKart ilə əməliyyat edən müştərilərin kartla dövriyyələrinin 0,4%-i həcmində mobil telefon nömrələrinə DəmirBank tərəfindən danışıq dəqiqələri köçürülür. Bu kartdan Azərbaycanda olan istənilən mobil operatordan istifadə edən müştərilər yararlana bilərlər.

Hesablaşmalar hər ay aparılır və müştərinin istifadə etdiyi mobil telefon nömrəsinin balansna danışıq dəqiqələri köçürülür. MobilKart məhsulunun qiyməti 15 AZN olmaqla müştərilərə təklif olunur.

“DəmirBank plastik kart məhsullarının çeşidini artırmaqda davam edir. Bu dəfə təqdim etdiyimiz yeni məhsul müştərilərə mobil danışıq dəqiqələri qazandıracaq. MasterCard əsasında hazırlanan MobilKart dünyanın 200-dək ölkəsində istifadə edilir, bütün müvafiq imkanlara və üstünlüklərə malikdir”, – deyə İdarə Heyəti Sədrinin Müavini Yusif Cabbarov bildirib.

DəmirBank plastik kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və sair xidmətlər təqdim edir. DəmirBank-ın kart sahibləri “İl Boyu Endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər.

Bankın müxtəlif xidmətləri barədə www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1571

Oxşar yazılar